MƏDƏNİYYƏT


Dövlət Rəqs Ansamblının xeyriyyə konserti olub

Bakı, 10 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev milli dəyərlərimizə sahib çıxmağın önəmindən danışıb. Bildirib ki, əsas vəzifəmiz milli mədəniyyətin davamlılığını təmin etməkdir: “Biz sabah millət olaraq yeni günümüzə, yeni ilimizə öz dəyərlərimizlə başlamalıyıq. Artıq biz qloballaşmış elə bir dövrdə yaşayırıq ki, burada millətin kimliyi onun yaşadığı coğrafiya ilə bilinmir. Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir. Biz sabahımıza özümüz olaraq qədəm qoymaq istəyiriksə mədəniyyətimizə sahib çıxmalıyıq”.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.