MƏDƏNİYYƏT
Dövlət Rəsm Qalereyası virtual rəsm sərgisi təşkil edib













Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunub.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr edilib.
Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alıb.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [13:04]
Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür
- 23.09.2023 [10:44]
Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov dünyasını dəyişib
- 23.09.2023 [10:18]
Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür
- 23.09.2023 [00:39]