İQTİSADİYYAT


Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. WAPPP üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.