İQTİSADİYYAT


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avrasiya Regionunun İnfrastruktur bölməsi üzrə baş bankiri Yelena Qordeyeva, Qafqaz regional ofisinin direktoru Katarina Hansen və Bakı ofisinin baş bankiri Sanjar Usmanovun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalmanın planlaşdırılması, o cümlədən Bakının Baş planının hazırlanması və paytaxtın gələcək inkişafının əsas prioritetləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə qurumlar arasında perspektiv əməkdaşlıq istiqamətləri mövzusunda müzakirələr çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhər” layihəsi barədə məlumat verilib. Həmçinin şəhərsalmanın planlaşdırılmasında ətraf mühitin qorunması və sağlamlaşdırılması, enerji səmərəliliyinin və dayanıqlılığın təmin olunmasının komitənin əsas hədəflərindən biri olduğu qeyd edilib, bu sahədə strateji layihələrin işlənməsinin əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.