İQTİSADİYYAT


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli Liderin 99-cu ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli liderin 99-cu ildönümü qeyd olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini yad edib. Komitənin inzibati binasında Ümummilli Liderin büstü qarşısına əklil qoyulub.

Həmin gün komitədə Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibəti ilə komitənin gənc əməkdaşları və təcrübə keçən tələbələrlə görüş keçirilib. Görüşdə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat yolu, insani keyfiyyətləri və idarəçilik irsindən, gənclər siyasətindən söz açılıb.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ümummilli lider Heydər Əliyevin tarixin bizə yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu bildirib. Onun xidmətləri sayəsində xalqımız ağır və sərt sınaqlardan çıxa bilmiş, ölkəmiz ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə dirçəliş dövrünə keçid almışdır. Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın geosiyasi imkanları gerçəkləşmiş, gələcək inkişaf strategiyası əsasında mühüm addımların atılmasına başlanılmışdır.

Heydər Əliyev bu inkişafın əsas tərkib hissəsi olaraq gənclərin ölkənin gələcək tərəqqisində rolunu hər zaman xüsusi olaraq vurğulamışdır.

Komitə sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu və dövlətçilik ənənələrini layiqincə davam etdirməklə dövlətin təməl prinsiplərini daha da möhkəmləndirib. Azərbaycan regionun siyasi-iqtisadi güc mərkəzinə çevrilməklə yanaşı, torpaqlarının işğaldan azad edilməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyəti illərində memarlıq sənətinə ayrılan xüsusi diqqətdən, tikinti sektorunda yaşanan canlanmadan və o dövrdən indiki nəsillərə miras qalmış əzəmətli tikililərdən danışıb, Ulu Öndər haqqında unudulmaz xatirələrini paylaşıblar.

Görüşün sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanın memarı – Heydər Əliyev” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.