CƏMİYYƏT


Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb

Bakı, 5 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 4-də saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.