ELM VƏ TƏHSİL


Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Bakı, 29 mart, AZƏRTAC

Aprelin 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 837 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

Şagirdlər və ya valideynlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İmtahan saat 11:00-da başlanacaq. Buraxılış rejimi saat 10:45-də başa çatacaq və sonra gələn şagirdlər imtahana buraxılmayacaq. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- imtahana buraxılış vərəqəsini.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in internet səhifəsində tanış olmaq mümkündür.

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil ediləcək və Azərbaycan dilində olacaq. Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 3 bina ayrılıb. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

Xatırladaq ki, imtahan vermək istəyənlərin qeydiyyatı yanvarın 16-dan martın 15-dək aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.