CƏMİYYƏT


Dövlət Sərhəd Xidməti inkişaf edərək ölkəmizin sərhədlərini mühafizə etməyə qadir olan quruma çevrilib

Bakı, 16 aprel, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətində (DSX) hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması, ölkəmizdə qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin təbliği ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində Hərbi Məhkəmə orqanlarının rəhbər heyətinin şəxsi heyətlə görüşü keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının sədri Rauf Cəfərovun və Cəlilabad Hərbi Məhkəməsinin sədri Vüqar Əhmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızda əmin-amanlığın, ictimai-siyasi sabitliyin əldə olunmasından, qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində görülən işlərdən və Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini mühafizə etməyə qadir olan bir quruma çevrilməsindən danışılıb.

Tədbirdə cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması nəticəsində hansı ağır nəticələrə səbəb olması, onların aradan qaldırılması üzrə profilaktik işin aparılması istiqamətində hərbi qulluqçulara müvafiq tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.