CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Bakı, 8 mart, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram təbriki sərhədçi qadınlara çatdırılıb, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, uşaqların sağlam böyüməsinə, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, qadınlarımızın müstəqil dövlətimizin inkişafındakı xüsusi xidmətlərindən danışılıb.

Gözəllik, sədaqət və ismət rəmzinə çevrilmiş, istedadlı və fədakar Azərbaycan qadınlarının mədəniyyətimizin, xalqımızın milli varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və müasir dövrdə yaşadılmasında əvəzsiz xidmətləri ilə yanaşı, ordu quruculuğunda da fəal iştirak etmələri, Vətənimizin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində qadın hərbi qulluqçuların əzmkarlıq göstərməsi, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmələri qeyd olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanması xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov sərhədçi qadınları təbrik edib, onlara xoşbəxt və firavan həyat, xidmətdə və şəxsi həyatlarında uğurlar arzulayıb.

Sonda xidmətdə fərqlənmiş sərhədçi qadınlar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.