CƏMİYYƏT


Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə tər çiçək dəstələri düzüblər.

Dövlət Sərhəd Xidmətinin Aparatında dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilib.

Tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn və nənə olduğu qeyd edilib. Novator alimin dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim, həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 150-dən çox elmi əsəri, 10 monoqrafiyası, göz xəstəlikləri üzrə elmi-tədqiqat işləri akademik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirib və onu dünyа oftаlmologiyаsı məkanında məşhurlаşdırıb.

Tədbirdə görkəmli alim, nəcib insan olan Zərifə Əliyevanın xatirəsinin qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.