ELM VƏ TƏHSİL


Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb

Bakı, 2 aprel, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. İmtahan keçirilən binalarla müntəzəm əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan Bakı şəhərində 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı ayrılıb.

Aprelin 3-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanın nəticəsi yaxın 2-3 gün ərzində elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.