İQTİSADİYYAT


Dövlət Sığorta Kommersiya Şirkətinin İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə məhdudiyyət aradan qaldırılıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin qərarına əsasən, bu gündən etibarən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib.

İSB-dən AZƏRTAC-a bildirilib ki, İcbari Sığorta Bürosu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin qərarına əsasən, mayın 17-dən Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.