ELM VƏ TƏHSİL
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan ümumilikdə 7 binada təşkil edilib. İmtahan saat 10-da başlanıb və 3 saat davam edib. İmtahan nəticələri gün ərzində Mərkəzin saytında elan olunacaq.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [14:30]