ELM VƏ TƏHSİL


Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Dövlət İmtahan Mərkəzi (DİM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə Fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbul imtahanının test mərhələsini keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, işə qəbul imtahanının keçirilməsi üçün Mərkəz tərəfindən 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən 1777 nəfərdən 492-si imtahana gəlməyib.

Test imtahanında iştirakçılara DSMF-nin müvafiq fəaliyyət istiqaməti üzrə 50, ümumi qanunvericilik üzrə 15, Azərbaycan dili üzrə 15, məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üzrə 20 tapşırıq olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir və nəticələr hesablandıqda səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan iştirakçıları nəticələrlə DİM-in saytında yerləşdirilmiş linkdən tanış ola bilərlər. Apellyasiya Komissiyası avqustun 2-4-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.