Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi parlamentin komitə iclasında müzakirə edilib

Bakı, 7 noyabr, Aidə Quluzadə, AZƏRTAC

Noyabrın 7-də Milli Məclisin sosial siyasət komitəsinin iclasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üçün proqnoz göstəriciləri barədə məlumat verən Fondun sədri Elman Mehdiyev deyib ki, DSMF-nin 2015-ci il üçün büdcə layihəsi növbəti il üzrə gözlənilən əsas iqtisadi, sosial inkişaf və demoqrafik proqnozlar nəzərə alınmaqla tərtib olunub. Layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun 2015-ci il üçün gəlirlərinin 63,8 faizini və ya 1 milyard 950 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu, 2014-cü ilin göstəricilərinə nisbətən 9,5 faiz və ya 169,8 milyon manat yüksəkdir. Proqnozlaşdırılan sosial sığorta daxilolmalarının 64,2 faizi və ya 1 milyard 251 milyon manatı qeyri-büdcə təşkilatlarından daxilolmaların payına düşəcək. Həmin təşkilatlar üzrə daxilolmaların həcmi 2014-cü ilin göstəricisinə nisbətən 11,7 faiz və ya 131,3 milyon manat artımla proqnozlaşdırılıb. Layihədə büdcə təşkilatlarının ödəyəcəyi sosial sığorta haqlarının proqnozu 698,9 milyon manat nəzərdə tutulub. Gözlənilən faiz gəlirlərinin həcmi 6,1 milyon manat təşkil edəcək. 2015-ci ildə dövlət büdcəsindən ayırmalar, yəni, transfertin proqnozu 1 milyard 100 milyon manat nəzərdə tutulur ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 3,7 faiz və ya 42 milyon manat azdır. DSMF-nin 2015-ci il üçün xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır və 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,8 faizini təşkil edəcək və ya 2 milyard 989,2 milyon manat olacaq.

Əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 2 milyard 900,5 milyon manat olmaqla 2014-cü ilə nisbətən 4,4 faiz çoxdur.

Əmək pensiyalarının baza hissəsinin və ona əlavələrin maliyyələşdirilməsi üçün ümumilikdə 1 milyard 536,5 milyon manat, o cümlədən 1 milyard 491,8 milyon manat baza hissəsi nəzərdə tutulub. 44,7 milyon manat isə baza hissəsinə əlavələrin ödənişi üçün nəzərdə tutulub. 2015-ci ildə əmək pensiyalarının sığorta hissəsi 1 milyard 374 milyon məbləğində proqnozlaşdırılır. 2014-cü ilə nisbətən bu göstərici 8,2 faiz və ya 103,9 milyon manat çoxdur.

2015-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 78,6 milyon manat nəzərdə tutulur ki, bu da 2014-cü ilə nisbətən 7,5 faiz və ya 5,5 milyon manat çoxdur. Digər xərclər 67,1 milyon manat məbləğində proqnozlaşdırılır. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üçün xidmət xərci 20,1 milyon manat, sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün Həmkarlar İttifaqı xətti ilə 19 milyon manat nəzərdə tutulur.

2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri 40 min manat, 2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta pensiya sisteminin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı 1,5 milyon manat məbləğində vəsait layihədə nəzərə alınıb.

Bildirilib ki, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanun layihəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensial, əhəmiyyətli hissəsi pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edən bir sənəddir. Həmin sənədin qəbulu Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, DSMF-nin büdcədən maliyyələşməsinin qismən azalması müsbət haldır.

Bildirilib ki, sığortaya cəlb olunmanın artması tendensiyası bu gün çox vacib məsələdir və ölkədə bu istiqamətdə işlər aparılır. Bu məsələdə əsas yük məhz DSMF-nin üzərinə düşür. 2015-ci ildə Fondu çox gərgin bir fəaliyyət gözləyir. Fonda büdcədən transfertin həcmi əvvəlki ilə nisbətən 42 milyon manat azalıb.

Büdcənin məxaric hissəsi ilə bağlı məsələlərə də toxunan komitə sədri qeyd edib ki, əsas yük yenə də pensiya ödənişlərinin üzərindədir. Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı büdcədən ayrılan vəsaitin üç dəfəyə qədər artmasını müsbət hal kimi qiymətləndirən H.Rəcəbli bu rəqəmin daha da artırılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, sanatoriya, kurort mərkəzlərinə ayırmalar 2,2 faiz artıb. Bu rəqəmin artımının nəzərə alınmasını müsbət qiymətləndirən komitə sədri hazırkı ayırmaların hələ ki, günün tələblərinə cavab vermədiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, bütövlükdə bugünkü DSMF-nin büdcəsi dünyada gedən proseslərlə həmahəngdir, eyni zamanda, ölkədə gedən proseslərə cavab verir. Bu gərgin proqram Fondun əməkdaşları tərəfindən uğurla həyata keçiriləcək.

Daha sonra Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılıb.

H.Rəcəbli bildirib ki, 2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat məbləğində müəyyənləşib. Hələ 2008-ci ildə yaşayış minimumu 70 manat idi. Manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir. İstəyimiz odur ki, bu məbləğ yüksəlsin və müvafiq olaraq əhalinin sosial rifah halı da yaxşılaşsın.

Qeyd edilib ki, ehtiyac meyarı da yaşayış minimumuna uyğunlaşdırılır.

Sonda Elman Mehdiyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” haqqında məlumat verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır