Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi müzakirə edilib VİDEO

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi müzakirə edilib VİDEO

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, manatın məzənnəsinin aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib. Bu qanun layihəsinin mərkəzində dünyada gedən iqtisadi proseslərin, Azərbaycanın büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Dövlət büdcəsinin yenidən baxılmış sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artdığı halda, bu sahə üzrə artım 42.3 faizdir. Bu, o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir.

Qeyd edilib ki, 2016-cı ilin dövlət büdcəsinə təqdim olunan dəyişikliklərin əsas mahiyyəti qlobal iqtisadiyyatda baş verən gərginlikdən maksimum az itki ilə çıxmaq, iqtisadi inkişafın azalma meyillərinin qarşısını almaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, manatın ucuzlaşması nəticəsində yaranan əlavə sosial öhdəlikləri və digər zəruri dövlət xərclərini maliyyələşdirmək üçün real maliyyə təminatı yaratmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 10 faiz artırılması və digər sosial proqram və tədbirlər qanuna ediləcək dəyişikliklərin əsasını təşkil edir. Bununla yanaşı, xarici valyutada olan öhdəliklər, o cümlədən dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakı, müdafiə və təhlükəsizlik tədbirləri üzrə xüsusi dövlət alışları, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər tədbirlər müzakirə edilən qanun layihəsində nəzərə alınıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda çıxış edərək bildirib ki, Milli Məclisdən Hesablama Palatasına daxil olan büdcə zərfindən də göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti dünya iqtisadiyyatında baş verən proseslərdən yaranıb. Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir.

Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin sosial müdafiəsinin əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı dövrdə Azərbaycanda bütün sosial proqramlar vaxtında reallaşdırılır. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu sırada əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin görülməsi, büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının, eləcə də pensiya və müavinətlərin məbləğinin əhəmiyyətli şəkildə artırılması istiqamətində qəbul edilən ardıcıl qərarlar Azərbaycanın milli iqtisadiyyatının sosialyönümlülüyünü daha da gücləndirib və ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini şərtləndirən sığorta-pensiya sisteminin maliyyə təminatı göstəricilərinə yenidən baxılmasını zəruri edib.

E.Mehdiyev deyib ki, müzakirəyə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə əlaqədar bütün növ əmək pensiyalarının baza və baza hissinə əlavələrinin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artımla bağlı əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb. Həmçinin qanun layihəsində məcburi dövlət sosial sığorta aktları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artımlar nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102.9 milyon manat olmaqla, 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17.5 faiz və ya 15.3 milyon manat artımla nəzərdə tutulur. O cümlədən hamiləliyə və doğuşa görə müavinət üzrə xərclər 1.3 faiz və ya 0.4 milyon manat artımla, uşağın anadan olmasına görə müavinət üzrə xərclər 10 faiz və ya 0.8 milyon manat artımla, 3 yaşa çatanadək uşaqlara qulluqla əlaqədar müavinət xərcləri 34.3 faiz və ya 3.3 milyon manat artımla, dəfn üçün müavinət xərcləri 10.3 faiz və ya 1.6 milyon manat artımla, işsizliyə görə müavinət xərcləri isə 2.4 dəfə və ya 9 milyon manat artımla proqnozlaşdırılır. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının ödənilməsi üzrə xərclər isə 0.9 milyon manat və ya 4.5 faiz artımla nəzərdə tutulur.

Vurğulanıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif olunan variantda qəbulu ölkəmizin sosial-iqtisadi həyatının mühüm həlqəsi olan sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkanlar yaradacaq.

İclasda iştirak edən İqtisadiyyat və Maliyyə nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri, eləcə də Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvləri müzakirəyə çıxarılan hər iki qanun layihəsinə münasibət bildiriblər. Qeyd edilib ki, 2016-cı ilin həm dövlət büdcəsinə, həm də Sosial Müdafiə Fondunun büdcəsinə təklif olunan dəyişikliklər günün tələbindən irəli gəlib. Bu, Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə yeni bir töhfə olacaq.

Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq