İQTİSADİYYAT


Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Bakı, 22 iyun, AZƏRTAC

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Layihəyə əsasən Dövlət Sosial Müdafiə Fondunun 2022-ci ilin büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Fondun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilib.

Qanun layihəsi səsvermədən sonra birinci oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.