CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən qalan artıq gəlirlər investisiyaya yönəldiləcək

Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən qalan artıq gəlirlər investisiyaya yönəldiləcək

Bakı, 3 fevral, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən qalan artıq gəlirlər investisiyaya yönəldiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ “Sosial sığorta haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb. Birinci oxunuşda təqdim olunan qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi üçün hüquqi əsasların edilməsi zərurətindən hazırlanıb.

Layihədə Qanuna yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.