CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 11,96 faiz artıb
Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat artaraq 2237,61 milyon manat olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1312,11 milyon manat təşkil edib.
Cari ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların 63,15 faizi və ya 828,57 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,54 faiz və ya 78,99 milyon manat çox olub və proqnoz 104,23 faiz icra edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]