CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Bakı, 12 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 milyon manat) artaraq 1276,8 milyon manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 milyon manat) artaraq, 573,5 milyon manat təşkil edib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 milyon manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 42,6 milyon manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.