İQTİSADİYYAT


Dövlət Statistika Komitəsinin nümayəndələri Litvada keçirilən təlimdə iştirak edirlər

Bakı, 15 mart, AZƏRTAC

Martın 12-dən 15-dək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) nümayəndə heyəti “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Litva Statistika Departamentində Biznes reyestrin keyfiyyəti məsələlərinə dair təşkil edilmiş təlimdə iştirak edir.

Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı biznes reyestrin statistik müayinələrin təşkilində rolu, onun reyestrin məlumat bazasının mükəmməl strukturunun yaradılması və informasiyanın mütəmadi aktuallaşdırılması, biznes reyestr əsasında fəal statistik vahidlərin müəyyən edilməsi, “statistik vahid” anlayışından “müəssisələr” anlayışına keçid, əhalinin siyahıyaalınmasında reyestr məlumatlarından istifadə edilməsi, inzibati məlumat mənbələri ilə işin təşkili və s. məsələlərə dair Litva Statistika Departamentinin təcrübəsi öyrəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.