İQTİSADİYYAT


Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 26-28-də Fransanın paytaxtı Parisdə Avropa Statistikləri Konfransının 67-ci plenar sessiyası keçirilir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda ölkəmizi Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Konfrans rəsmi statistikanın modernizasiyası istiqamətində yeni çağırışlar və qarşıya çıxan problemlərin həlli yolları, rəsmi statistika məqsədləri üçün yeni məlumat mənbələrinin və imkanların müəyyənləşdirilməsi, informasiya sistemlərinin idarə olunmasına yanaşmalar, dayanıqlı inkişaf məqsədləri ilə müəyyən edilmiş hədəflər üzrə statistik məlumatların əldə edilməsi üçün yol xəritələrinin hazırlanması və digər mühüm məsələlərin müzakirəsinə həsr edilib.

Sessiyada, həmçinin işçi qruplar və ekspertlər tərəfindən statistikanın ayrı-ayrı sahələri üzrə aktual məsələlərə həsr edilmiş məruzələr təqdim edilib, BMT-nin Avropa İqtisadi Komissiyasının 2018-ci və 2019-cu illər üzrə Statistika Proqramının icra vəziyyəti, habelə 2020-ci il üzrə qarşıya qoyulmuş vəzifələri və əldə ediləcək nəticələri əhatə edən növbəti proqram haqqında məlumat verilib.

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.