CƏMİYYƏT


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Bakı, 9 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş edib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, müəyyən olunmuş marşrut üzrə tam heyətlə “Heydər zirvəsi”nə qalxıblar. Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.