MƏDƏNİYYƏT


Dövlət Tərcümə Mərkəzi Piter Brukun kitabını nəşr edib

Bakı, 15 yanvar, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı “Boş məkan” kitabını nəşr edib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Cansız teatr”, “Müqəddəs teatr”, “Kobud teatr”, “Teatr”, “Y.Kaqarlitski” başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk “Karamazov qardaşları”, “Dəfn olunmamış ölülər”, “Qış nağılı”, “Böyük inkvizitor”, “Dilənçilər operası”, “Yeddi gün, yeddi gecə” kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. “Britaniya imperiyası”, “Şərəf legionu” ordenlərinə layiq görülüb. “Avropa teatr mükafatı”, “Kioto” və “Beynəlxalq İbsen mükafatı” kimi ödüllərlə də təltif edilib. Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.