MƏDƏNİYYƏT


Dövlət Tərcümə Mərkəzi: Seçim turlarına qeydiyyat davam edir

Dövlət Tərcümə Mərkəzi: Seçim turlarına qeydiyyat davam edir

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, Çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıdakı sənədlər (şəxsiyyət vəsiqəsi və CV) bu il mart ayının 31-dək Mərkəzin [email protected] ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

Qeyd edək ki, Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;

Turlarda iştirak ödənişlidir. Əlaqə telefonu: (+994 12) 566 80 27 (daxili nömrə 108).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.