MƏDƏNİYYƏT


Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında memorandum imzalanıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamə¬tin¬də davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və “İverioni” nəşriyyatının direktoru Zaur Naçkebia tərəfindən imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.