İQTİSADİYYAT


Dövlət Toxum Fondu bu il 2, gələn il isə 3 emal müəssisəsi istifadəyə verəcək

Bakı, 3 avqust, AZƏRTAC

Toxumçuluğun inkişafı sahəsində Türkiyə təcrübəsi Azərbaycan üçün çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 3-də Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsinin “Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgə keçirdiyi praktik seminarda çıxış edən E.Əliyev fondun yaranma səbəblərindən söz açaraq diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumun emal müəssisələrindən 2-si cari ildə, 3-ü isə 2019-cu ildə istifadəyə veriləcək.

Seminarda toxum sertifikatlaşması, normativ və hüquqi aktlar, eləcə də Türkiyə təcrübəsi ilə bağlı məruzələr dinlənilib, Dövlət Toxum Fondunun təqdimatı keçirilib.

Sonda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.