İQTİSADİYYAT


Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb VİDEO

Bakı, 3 avqust, AZƏRTAC

Toxumçuluğun inkişafı sahəsində Türkiyə təcrübəsi Azərbaycan üçün çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 3-də Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsinin “Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgə keçirdiyi praktik seminarda Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

Emin Əliyev diqqətə çatdırıb ki, fondun başlıca məqsədlərindən biri respublikada yerli toxum istehsalını inkişaf etdirməkdir. O, həmçinin rəhbərlik etdiyi qurumun emal müəssisələrindən 2-nin cari ildə, 3-nün isə 2019-cu ildə istifadəyə veriləcəyini vurğulayıb.

Toxumçuluq sahəsində Türkiyə təcrübəsindən faydalanmağın önəmindən söz açan fondun sədri qeyd edib ki, “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi ilə imzalanacaq Niyyət Protokolu qarşılıqlı ticarət imkanları, təcrübənin öyrənilməsi, treninqlərin keçirilməsi və maarifləndirmə sahələrini əhatə edir.

Azərbaycanın toxumçuluq sahəsində ciddi addımlar atdığını söyləyən “TİGEM"in baş direktoru İsmayıl Şanlı bildirib ki, toxumçuluğun inkişafı ilə bağlı 90 illik təcrübəyə malik Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə geniş perspektivlərə yol açacaq.

Seminarda toxum sertifikatlaşması, normativ və hüquqi aktlar, eləcə də Türkiyə təcrübəsi ilə bağlı məruzələr dinlənilib, Dövlət Toxum Fondunun təqdimatı keçirilib.

Sonda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.