MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi 2022-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir

Dövlət Turizm Agentliyi 2022-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir

Bakı, 2 mart, AZƏRTAC

Dövlət Turizm Agentliyi (DTA) martın 7-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.

DTA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.

Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə otuz min manatdan çox olmamalıdır.

Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak etmək hüququna sahibdirlər.

Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə aprelin 7-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/3sBRYC9

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.