MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib

Bak, 27 fevral, AZƏRTAC

Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alan Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, agentlik xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlara həmin ölkələrdə epidemioloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görür.

Dövlət Turizm Agentliyi turoperatorlara tövsiyə edib ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.