MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və şirkətlərə xəbərdarlıq edib

Bakı, 16 yanvar, AZƏRTAC

Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində yanvarın 17-18-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edib.

Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciətdə açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edir.

Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.