MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin kollektivi vaksinasiya olunub

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Dövlət Turizm Agentliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib.

AZƏRTAC xəbər verir ki, könüllü şəkildə vaksinasiyadan keçmək istəyən agentliyin əməkdaşları həkim yoxlanışından sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında peyvənd olunub.

Vaksinasiyada Çin istehsalı, “Sinovac” şirkətinin "CoronaVac" vaksinindən istifadə olunub.

Vaksinasiya zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bütün dünyada peyvənd çatışmazlığının olduğu bir dövrdə vətəndaşların vaksinasiya edilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin və qayğısının göstəricisidir.

Agentlik sədri pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində hər kəsi yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.

O əlavə edib ki, turizmin canlanması və təhlükəsiz səyahətlər üçün vaksinasiyanın aparılması ən məqsədəuyğun addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.