MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərində yerləşən “Sənətkarlar evi”ndə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan turizm sektorunun nümayəndələrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbuldan öncə Dövlət Turizm Agentliyinin sədri və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Fuad Nağıyev qəbul zamanı vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbul prosesində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova da iştirak edib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.