MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara giriş məhdudiyyəti aradan qaldırılıb

Bakı, 18 may, AZƏRTAC

Bu gündən etibarən, Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan turizm nümayişi obyektləri, eləcə də məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

DTA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, agentlik Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişinə məhdudiyyət qoymuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.