MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Bakı, 2 iyun, AZƏRTAC

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və “Kiş” Tarix-Memarlıq Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

DTA-dan AZƏRTAC-a bildirilib ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Abşeron rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin “Qala” rəqs qrupu, məktəblilərin nağara və saz musiqi qruplarının çıxışları olub. Bakı Anadolu Liseyinin rəqs qrupunun çıxış etdiyi tədbirdə Türkiyə Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavir vəkili Hüseyin Altınalan, Bakı Türk Anadolu Liseyinin müdiri Nurullah Yazıcı, Abşeron Rayonu İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Elçin Quliyev və digər qonaqlar iştirak ediblər.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən Şəkidə Xan sarayında uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Bayram tədbirinin iştirakçıları arasında şeir müsabiqəsi və müxtəlif oyunlar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

“Kiş” Tarix-Memarlıq Qoruğunu ziyarət edən qonaqlar yerli sənətkarlarla yanaşı, 1 nömrəli tam orta məktəbin şagirdi Nurənə Hüseynovanın əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində isə “Dünyanı uşaqlara verək” adlı xüsusi guşə yaradılıb. Burada azyaşlılar üçün əyləncəli tədbirlərlə yanaşı, maarifləndirici məlumatlar da təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.