MƏDƏNİYYƏT


Dövlət Uşaq Filarmoniyası “Sizin üçün” adlı konsert proqramı ilə çıxış edəcək

Bakı, 27 fevral, AZƏRTAC

Martın 6-da Azərbaycan Dövlət Uşaq Filarmoniyası tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.

Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.