İQTİSADİYYAT


Dövlət Vergi Xidməti 9 ayda proqnoza 120,2 faiz əməl edib

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatda müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində Xidmətin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub, proqnoza 120,2 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12 faiz və ya 681,6 milyon manat artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.