Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir

Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir

Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq ediləcək

Bakı, 3 mart, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Bu dəyişikliklərin bir hissəsi Vergi siyasəti Baş İdarəsinin fəaliyyətini əhatə edib. Baş idarənin rəisi Nicat İmanov dəyişikliklərin mahiyyəti və qarşıya qoyulan əsas məqsədləri şərh edib. AZƏRTAC müsahibəni təqdim edir.

- Nicat müəllim, Vergi siyasəti Baş İdarəsində aparılmış son struktur dəyişiklikləri nələri əhatə edir və bu, hansı zərurətdən irəli gəlib?

- Dövlət Vergi Xidməti bu gün Azərbaycanda iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilə bilib və ötən illər bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində öz töhfələrini vermək iqtidarındadır. Bu gün hər bir sahənin fəaliyyət prioritetləri hökumətin başlıca vəzifəsi olan davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənməlidir.

Məlum olduğu kimi, qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və onun icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də cəmiyyət, biznes və dövlət üçlüyünün əhəmiyyəti vurğulanmaqla yanaşı, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri sırasında qeyd edilib. Həmçinin İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergiödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.

Sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsində struktur dəyişiklikləri aparılıb, Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsi, o cümlədən idarənin tərkibində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd birgə fəaliyyət zamanı dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir.

- Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin fəaliyyət prinsipi nədən ibarət olacaq?

- Son illərdə vergi sahəsində aparılan islahatlara nəzər salsaq, görərik ki, dövlət-sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. Struktur dəyişiklikləri, əslində, bu proseslərin davamıdır. Dövlət-sahibkar münasibətlərində horizontal platformanın qurulması hədəflənir. Qurulan iş, ilk növbədə, sektoral problemlərin davamlı olaraq öyrənilməsi və inkişaf perspektivləri, bu məqsədlə qanunvericilik strukturunu necə dəyişmək barədə dövlət qurumlarının məlumatlı olmasını təmin edəcək. Nəticədə sektor üzrə vergi mexanizmlərinin təkmilləşdirilməsi, dəstək tədbirlərinin görülməsi və yeniliklərin tətbiqi üçün əlverişli şərait yaranmış olacaq. Bu, həm də sahibkarlarla dialoq mesajının cəmiyyətə əyani çatdırılmasıdır. Yeni yaradılmış şöbə müxtəlif fəaliyyət sahələri üzrə sahibkarlıq birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və digər ödəyici qrupları ilə aktiv ünsiyyətdə olacaq. Qarşıya qoyulan hədəflərə nail olmaq və qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halları araşdırmaq üçün bir neçə istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulub.

- Sahibkarların qarşılaşdıqları problemlərin həlli istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

- Sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə mütəmadi olaraq görüşlərin və müzakirələrin təşkil edilməsi, müəyyən edilmiş real problemlərin həlli istiqamətində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi nəzərdə tutulur. Hər şeydən öncə, sektorlar üzrə mövcud problemlər və çətinliklər barədə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən assosiasiyalarla sistemli bir şəkildə iş aparılacaq.

Qeyd edim ki, artıq aktiv fəaliyyət göstərən sahibkar birlikləri və assosiasiyalarla fəal əməkdaşlığa başlanılıb. Bu il fevralın 22-də sahibkarların ictimai birlikləri ilə videokonfrans formatında ilk görüş keçirilib. Həmin görüşün nəticəsi olaraq sektorlardakı mövcud çağırışlar və onların həlli üçün görə biləcəyimiz işlərlə bağlı təkliflərin formalaşdırılması barədə razılaşma əldə edilib. Hazırda Dövlət Vergi Xidməti tərəfindən müvafiq assosiasiyalarla birgə hər bir vergi növü üzrə sahibkarların qarşılaşdıqları problemlər və çatışmazlıqlar barədə məlumatlar toplanılır. Daha sonra bu məlumatlar emal ediləcək və qarşılıqlı müzakirələr zamanı həmin problemlərin obyektivliyi, habelə alternativ həlləri, yaxud yeni formatın hazırlanması zəruriliyi aydınlaşdırılacaq.

Görüşlərimiz zamanı vergiödəyiciləri tərəfindən daimi xarakter alan pozuntu halları barədə, eləcə də qanunvericiliklə bağlı vahid yanaşmanın təmin edilməsi üçün assosiasiyalar məlumatlandırılacaq. Onlar da öz növbəsində xarakterik nöqsanlar, habelə vergi orqanının izahları barədə məlumatları sektorda çalışan sahibkarlıq subyektlərinin diqqətinə çatdıracaqlar ki, nəticədə informasiya mübadiləsinin çevikliyi və intensivliyi artmış olacaq. Həmçinin inzibatçılıq sahəsində qarşıda duran çətinliklərin aradan qaldırılmasında həmin sektorlara müvafiq dəstək veriləcək. Bu, sənədləşmələrin tərtibi, elektron sənədləşmədəki çətinliklərin aradan qaldırılması, yeni elektron xidmətlərin tətbiqi və ya təkmilləşdirilməsi ola bilir. Yəni məqsəd sahibkarların inzibatçılıq yükünü azaltmaq, praktiki təcrübəyə uyğun inzibatçılığın qurulmasıdır ki, onlar üçün ikili iş yükü yaranmasın.

Sahibkarlar qarşılaşdıqları problemlər, mövcud vergi siyasəti, həmçinin sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilərlər. Bu əməkdaşlıq dövlət-sahibkar tərəfdaşlığının inkişaf etdirilməsinə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sahibkarların daha yaxından cəlb olunmasına imkan verəcək.

- Builki Vergi Forumunda səsləndirilən yeni fikirlərdən biri də gələcəkdə Vergi Məcəlləsinin strukturunun dəyişdirilməsi ilə bağlı idi. Bu, hansı zərurətdən irəli gəlir?

- Dövlət Vergi Xidmətinin qarşısında duran hədəflərin icrası baxımından, Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması və mövcud tərtibat formasında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin strukturunun dəyişilməsinin və yeni redaksiyada hazırlanmasının zəruriliyi bir neçə səbəblə bağlıdır. Əvvəla, məcəllənin daha anlaşılan olması və rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün zəruri dəyişikliklər edilməsi vacibdir. İkincisi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac var. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar. Üçüncüsü, fəaliyyət sahələri üzrə vergiyə cəlb edilən əməliyyatların detallı şəkildə tənzimlənməsi üçün Vergi Məcəlləsinin yeni strukturuna ehtiyac var. Sahibkarların ictimai birlikləri ilə aparılan işin məqsədlərindən biri də budur. Nəhayət, Azərbaycanın vergi xidmətinin son illərdə əldə etdiyi beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, beynəlxalq vergi münasibətlərinə inteqrasiyanın təmin olunması baxımından bütün bunları özündə əks etdirən, daha qlobal xarakter kəsb edən yeni qanunvericilik sənədinin işlənib hazırlanması məqsədəuyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır