İQTİSADİYYAT


Dövlət Vergi Xidməti bəyannamələrin təqdim edilməsi müddəti ilə bağlı məlumat yayıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Dövlət Vergi Xidməti vergiödəyiciləri üçün sadələşdirilmiş verginin və digər bəyannamələrin təqdim olunma müddəti ilə bağlı açıqlama verib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, cari ilin 3-cü rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) bu il oktyabrın 20-dən gec olmayaraq təqdim edilməlidir.

Qeyd olunan bəyannamələr vaxtında təqdim edilmədiyi halda vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.