İQTİSADİYYAT


Dövlət Vergi Xidməti ilə biznes assosiasiyaları arasında vergi qanunvericiliyi ilə bağlı görüş keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi, vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsinin aparılması məqsədilə biznes assosiasiyaları ilə keçirilən görüşlər davam etdirilir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, növbəti belə tədbir Azərbaycan Banklar Assosiasiyası və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə vergi borcları üzrə sərəncamların hesablar üzrə icra edilməsi, sərəncamların geri çağırılması ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin bu sahədə maliyyə sanksiyalarının tətbiqi üzrə təkliflər müzakirə olunub, bank sektorunun nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.