İQTİSADİYYAT


Dövlət Vergi Xidməti: proqnoza 108,7 faiz əməl edilib

Bakı, 12 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136 milyon 62,5 min manat vergi daxil olub, proqnoza 108,7 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 73,2 faiz və ya 3,9 milyard manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181 milyon 192,9 min manat olub, proqnoza 101,1 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 faiz və ya 1 milyard 367 milyon 998,1 min manat artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.