İQTİSADİYYAT


Dövlət Vergi Xidmətinin Aparatına müraciətlər 44,6 faiz azalıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatına 16 min 607 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6 faiz azdır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində Dövlət Vergi Xidmətinin Aparatında ümumilikdə 59 vətəndaşın videoqəbulu təşkil edilib.

Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülərək qanuna müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.