İQTİSADİYYAT


Dövlət Vergi Xidmətinin rəis müavini “Uğur yolu”nun qalibi ilə görüşüb

Bakı, 29 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Pinar Cəbrayılova ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qaliblə söhbət zamanı DVX-nin rəis müavini İqtisadiyyat Nazirliyinin kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətindən danışıb, şəxsi inkişaf və idarəçilik təcrübəsini bölüşüb, qarşıdakı dövrdə mentorluq proqramı çərçivəsində peşəkar bacarıqların artırılması üçün atılacaq zəruri addımları müzakirə edib.

Mentorla bundan əvvəlki görüş zamanı qarşıya qoyulmuş məqsədlər və planların icrası ilə bağlı görülmüş işlər, aidiyyəti strukturlarda keçirilmiş görüşlərin nəticələri qiymətləndirilib və təcrübə əldə etməklə bağlı növbəti tədbirlərin gündəliyi nəzərdən keçirilib.

Görüşdə iş prosesində səmərəliliyin artırılması, qarşıya çıxan maneələrə uyğun reaksiyanın verilməsi, özünüinkişaf, təhliletmə və qərarvermə bacarıqları müzakirə olunub, iştirakçının sualları cavablandırılıb.

P.Cəbrayılova mentorluq proqramı üçün təşəkkürünü bildirib, bu təcrübələrin onun şəxsi inkişafındakı əhəmiyyətini qeyd edib.

Qeyd olunub ki, mentorluq proqramı “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı üçün tətbiq olunur, eləcə də İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüş, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.