İQTİSADİYYAT


Dövlət Xidməti aptek təşkilatları və istehlakçılara müraciət edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən aparılır. Qiymət tənzimlənməsi, ilk növbədə, həyati vacib və daha çox tələb olunan dərman vasitələri üzrə həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12 min 114 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri qurumun nümayəndəsi Günel Bəhramqızı deyib.

O bildirib ki, dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddənin adı və dozası, farmaseptik forması, qablaşdırılması, miqdarı, habelə istehsalçı şirkət və ölkələr üzrə müəyyən edilir. Bununla yanaşı, dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri göstərilir. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidirlər.

Qanunvericiliyə əsasən, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur.

İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində əldə edə bilərlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda xidmətin “qaynar xətti”nə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.