CƏMİYYƏT


Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş təbliği məqsədilə yeni layihəyə start verib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş təbliğ olunması məqsədilə yeni layihəyə start verib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı videoçarxların yayımına başlanıb. Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı ərəfəsində əhalinin sıx olduğu ictimai yerlərdə və daha çox istifadə etdiyi ictimai nəqliyyat infrastrukturunda belə bir platformanın həyata keçirilməsi rəğbətlə qarşılanır. Bu formatda sosial layihələrin digər tərəfdaş qurumlarla da davam etdirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.