CƏMİYYƏT


Dövlət Xidməti ölkəmizin elektron informasiya resurslarına qarşı kiberhücumlarla bağlı xəbərdarlıq edib

Bakı, 5 avqust, AZƏRTAC

Ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəz ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.

XRİTDX dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşlarımızı diqqətli və ayıq olmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.