İQTİSADİYYAT


Dövlət Xidmətində türk iş adamları ilə görüş keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri ilə görüş keçirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb. Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin önəmini vurğulayan Xidmət rəisi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, MÜSİAD-ın İdarə heyətinin üzvü Alim Şentürk Dövlət Xidməti ilə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər, bu baxımdan keçirilən görüşlərin və aparılan müzakirələrin faydalı olacağını bildiriblər.

Görüşdə dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı, sahibkarların iştirakı ilə görüşlərin keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.