İQTİSADİYYAT


Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

Bakı, 7 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi, 76) fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən bildirilib.

Yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.

Açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.