Dövlət Xidmətinin nümayəndə heyəti Beynəlxalq Metrologiya Forumunda iştirak edib
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Ümumdünya Metrologiya Gününə həsr olunan Beynəlxalq Metrologiya Forumu və “Sərhədsiz Metrologiya” sərgisində iştirak edib. Forum və sərgiyə Rusiyanın federal icra hakimiyyəti orqanlarının, milli metrologiya institutlarının və regional standartlaşdırma, metrologiya və sınaq mərkəzlərinin, dövlət korporasiyaları və Rusiya sənayesinin aparıcı müəssisələrinin nümayəndələri, həmçinin ölçmə avadanlıqlarının tədarükçüləri və alıcıları qatılıb.





Xəbərin mətnində orfoqrafik səhv var