CƏMİYYƏT


Dövlət Yanğın Nəzarəti Xidməti Samuxda seminar-müşavirə keçirib

Bakı, 9 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə avqustun 9-da Samuxda seminar-müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən regional seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də vurğulanıb.

Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı idarəsinin, pambıq tədarükü məntəqələrinin və digər aidiyyəti qurumların məsul şəxsləri, həmçinin sahibkarlar iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.